Biz Kimik?
ANS Şirkətlər Qrupu keçmiş SSRİ məkanında yaranan ilk Müstəqil Media Strukturudur. Bu qurumun əsasını ANS TV Ajansı yaratmaqla Vahid və Seyfulla Mustafayev və Mirşahin Ağayev Qardaşları 1991-ci ildə qoydular.
2009-cu ildə ANS televiziyasının informasiya xidməti daha da operativləşib və yaxşılaşıb. «Xəbərçi» verilişindən başqa televiziya tamaşaçıları ekranda ANS televiziyası və ANS Press ilə birgə yaradilan qaçan sətir köməyi ilə dünyada və ölkədə baş verən hadisələrlə tanış ola bilərlər.
Birincilik Tarixi
ANS Şirkətlər Qrupunun uzun və fərqli bir tarixi var. Azərbaycanda ilk müstəqil televiziya agentliyi (ANS TV), ilk Xəbər agentliyi (ANS-PRESS), ilk radio stansiyanın (ANS ÇM), ilk internet təminatı xidmətinin (ANS-DX) təməli qoyuldu.

